Telesatış üzrə mütəxəssis (Müvəqqəti)
Vakansiya haqqında
Funksiya: Satış
Departament: B2B Satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 19.08.2022
Sizin əsas vəzifə və öhdəlikləriniz:
- Müvafiq məhsullar və xidmətlər haqqında şirkətlərə məlumat vermək və müştərilərin sayını artırmaq
- Şirkətlərə zəng etmək və görüşlər təşkil etmək
- Rəhbərlik tərəfindən qoyulmuş aylıq hədəflər yerinə yetirmək
- Müvafiq hesabatlar hazırlamaq (gündəlik/həftəlik/aylıq)
- Şirkətlərə aid məlumatların müvafiq sistemdə qeydiyyatını aparmaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Satış və ya Müştəri Xidmətləri sahəsində 1-2 il iş təcrübəsi (Telesatış üzrə iş təcrübəsi üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Müştəriyönümlülük
- Ünsiyyət bacarığı
- Problemi həll etmə bacarığı
- Danışıqlar aparmaq qabiliyyəti
- MS Office proqramlarını bilmək
- Azərbaycan (səlis), Rus (səlis) və İngilis (orta) dillərini bilmək
Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Telesatış üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.