“Bank Respublika” ASC Risklərin İdarə Edilməsi Departamentində Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Bank məhsulları və xidmətlərinin mütəmadi olaraq təhlil edilməsi;
  • Bank əməliyyatlarının təhlili və monitorinqi;
  • Fraud ehtimalı olan bank əməliyyatlarının araşdırılması;
  • Biznes proseslərdə fraud hallarının müəyyən edilməsi və araşdırılması;
  • Aşkar olunan fraud və dələduzluq halları ilə bağlı hesabatların təqdim edilməsi.

.

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Bank sektorunda əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi mütləqdir;
  • Bank əməliyyatlarının tənzimlənməsi barədə qanunvericilik aktları, AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə yüksək səviyyədə biliklər;
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
  • Dəqiqlik, detallara fikir vermə və analitik təhlil qabiliyyəti.
  • Zərurət olduqda monitorinq məqsədilə şəhər və region filiallarına səfərlər etmək imkanı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.