“Bank Respublika” ASC Maliyyə Departamentində Mühasibat şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Bankda mühasibat uçotu əməliyyatlarını həyata keçirmək;
  • Ödəniş tapşırıqlarının tərtibi, təsdiq olunmuş aktlar əsasında onların qeydiyyatı və ödəniş üçün  sonrakı təhvili;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiyanın hesablanması, müxbirləşmələrin yoxlanılması;
  • Fiziki şəxslərlə bağlanılmış müqavilələrin hesablaşmalarının mühasibat uçotunda əks etdirilməsi;
  • Bankın işçilərinə ezamiyyət və nümayəndəlik xərcləri üzrə avans hesabatların təqdimatı.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil;
  • Bankda maliyyə sahəsi üzrə minimum 2 illik iş təcrübəsi;
  • Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyini bilmək;
  • AR MB-nin normativ sənədlərini bilmək;
  • Bank işinin əsaslarını və bank sisteminin strukturunu bilmək;
  • Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
  • Bankın maliyyə və təsərrüfat fəaliyyətinin uçotunu və mühasibat uçotunun əsaslarını, təhlil və planlaşdırma metodlarını bilmək arzuolunandır;
  • AR Əmək və Vergi qanunvericilik bilikləri arzuolunandır;

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 fevral 2024-cü il tarixinədək email-in mövzu hissəsində Mühasibat şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.