Prior Şirkəti "Qrafik Dizayner" axtarışındadır!



Namizədə olan tələblər:



·           Təhsil: Ali təhsil;
·           Qrafik dizayner kimi ən azı 2 illik iş təcrübəsinə malik olmalı;
·           Adobe Photoshop, Adobe İllustrator, CupCut proqramlarını bilməli;
·           Adobe After Effects və Adobe Premier Pro proqramlarını bilməsi üstünlükdür.


 



Vəzifə öhdəlikləri:



·           Sosial media platforması üçün qrafik və motion dizaynları hazırlamaq;
·           Şirkətin vizual kimliyinə uyğun dizayn elementlərindən istifadə etmək və lazım olduqda yeni qaydalar və komponentlər yaratmaq;
·           Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərini görmək; 
·           Korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların və vizitkartların dizaynını hazırlamaq;
·           Şirkətin veb saytı üçün vizualları dizayn etmək;
·           Outdoor reklamlar üçün vizualları hazırlamaq;
·           Məhsul çərçivəsində araşdırma aparmaq və müvafiq dizayn həllərini inkişaf etdirmək;
·           Yeni ideyaları analiz etmək və ən yaxşılarını komanda üzvlərinə ötürmək;
·           Layihələrin yüksək keyfiyyətlə və vaxtında tamamlanmasını təmin etmək.

 



İş şərtlərimiz:



·           Əmək haqqı: müsahibə əsasında;
·           İş qrafiki: Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30.


Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini və portfolio-larını mövzu hissəsinə “Qrafik Dizayner” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.