IMotors Şirkətinə hal hazırda Marketinq Meneceri tələb olunur:

Namizədə olan tələblər:
• Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
• Marketinq sahəsində ən azı 3 il təcrübə olmalı;
• Azərbaycan, rus və ingilis dillərini səlis bilməli;
• Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
• Reklam, PR və SMM alətləri üzrə bilikləri olmalı.

Vəzifə öhdəlikləri:
• Marketinq üzrə layihə planlarının hazırlanması;
• Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət edilməsi;
• Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsi;
• Marketinq materiallarının təmin edilməsi (Promo və print);
• Brend tanıtımının ölçülməsi və yüksəldilməsi il�

� bağlı yeni təkliflərin hazırlanması.
• Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi;
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
• Sosial media marketinqi, e-poçt marketinqi və onlayn reklamda daxil olmaqla rəqəmsal marketinq strategiyalarına nəzarət etməsi və trendi izləyərək kontent yaratması;
• Marketinq səylərini ümumi biznes məqsədlərinə uyğunlaşdırmaq üçün satış departamenti ilə əməkdaşlıq etməsi;
• Tədbirlərin təşkil edilməsi.

İş şərtlərimiz:
• Əmək haqqı: 1939-2366 AZN+bonus;
• İş qrafiki: Tam iş günü (5 gün);
• İş saatları: 08:30-17:30.
• İş yeri: Babək pr.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq Meneceri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.