Avropa İttifaqının maliyyəşdirdiyi layihə çərçivəsində 2 Oktyabrda Bakıda keçiriləcək “Avropada təhsil” sərgisi üçün könüllülər axtarılır! 

 

Sərginin məqsədi Avropada ali təhsil almaq istəyən gəncləri ali təhsil imkanları barədə məlumatlandırmaq, Avropa universitetləri və milli təhsil agentlikləri ilə birbaşa görüşdürməkdir. 🌐 

Tədbirdə 10 ölkədən (Almaniya, Belçika, Çex Respublikası, Estoniya, Fransa, İspaniya, İsveç, İtaliya, Macarıstan, Portuqaliya) 20-dən çox sərgi iştirakçısı olacaq. 

 

Tədbir günü: 2 Oktyabr

 Məkan: Hilton Hotel

 

Sən də beynəlxalq təhsil sərgisinin könüllüsü olmaq istəyirsənsə, qeydiyyatdan keçməyə tələs:

https://forms.gle/8dRKnDB7DcuKDHcv8

Müraciət üçün son tarix: 22 sentyabr 

 

Qeyd:

1. Xarici dil biliyi mütləqdir (ingilis, alman, fransız və s.).

2. Könüllülər üçün nahar və kofe fasiləsi təşkil olunacaq. 

3. Könüllülərə şəxsi xərcləri kompensasiya edəcək ödəniş və sertifikat təqdim olunacaq.

5. Könüllülərin qara şalvarda olması mütləqdir. T-shirt təşkilatçı tərəfindən veriləcək.

6. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Avropada Təhsil Sərgisi

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.