Baku Electronics Şirkəti İKT departamentinə Help Desk Specialist vəzifəsi üzrə vakansiya elan edir!

Baku Electronics Şirkəti İKT departamentinə Help Desk Specialist vəzifəsi üzrə vakansiya elan edir!

Vəzifə öhdəlikləri

·        Əməkdaşların mövcud problemlərlə bağlı sorğularına cavab vermək;
·        Daxil olan sorğuları birbaşa, telefon vasitəsilə və ya məsafədən idarə edərək problemləri həll etmək;
·        Kompüter proqram təminatı, periferik qurğular və avadanlıqlarda yaranmış problemləri aradan qaldırmaq;
·        Pozuntular aşkar edildikdə problemin səbəbini və vaxtında araşdırılmasını təmin etmək;
·        Profilaktik və təcili bərpa işlərinin aparılmasını təmin etmək;
·        Şirkətin korporativ İT xidmətləri (poçt, PC, şəbəkə, mobil cihaz) ilə bağlı problemlərin aradan qaldırılmasına köməklik göstərmək;
·        İşi ilə əlaqəli olmayan vəzifənin həllində qarşılaşdığı çətinliklər barədə İKT rəhbərlərinə məlumat vermək;
·        Aparat və proqram təminatı sistemlərini quraşdırmaq və əməkdaşların istifadəsi üçün təkminləşdirmək;
·        Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
·        Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək.

Tələblər

·        Ali təhsil;
·        İT üzrə minimum 1 il rəsmi iş təcrübəsi;
·        Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
·        İş mühiti ilə uyğunlaşmaq, kollektivlə birgə işləmək.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Help Desk Specialist” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.