İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Abşeron-Xızı Regional Məşğulluq filialı və Bakı Regional Məşğulluq filialının təşkilatçılığı əmək yarmarkası təşkil ediləcək.
Tədbirdə 45 müəssisədən 600-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:
Bakı Mühəndislik Universitetinin tədris binası (Xırdalan ş, Həsən Əliyev küç.)
15 dekabr, 2022
11:00 - 13:00
Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaqdır.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.