"Veysəloğlu" MMC Rəqəmsallaşdırma, transformasiya və layihələr direktorluğunda, "Biznes Analitik" vakansiyasını elan edir. 

Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri:
Bakı şəhəri

İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:
- Biznes strukturları üçün müxtəlif növ hesabatların hazırlanması:
- Məlumat bazalarından əldə edilən datanın təmizlənməsi, keyfiyyətinin, dəqiqliyinin və ardıcıllığının təmin edilməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
- Təkmilləşdirilməsinə ehtiyac olan hesabatların müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması və hesabatların avtomatlaşdırılması;
- Biznes strukturlarının tələblərinə uyğun dataların toplanması, təhlil və layihə menecmenti ilə analitik dəstəyin göstərilməsi;
- Datanın şərh edilməsi, statistik metodlardan istifadə edərək nəticələrinin təhlil edilməsi və davamlı hesabatların təqdim olunması;
- Biznes proseslərinin izlənilməsi, təhlil edilməsi və təkmilləşdirilməsi;
- Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək trendlərin müəyyən edilməsi və performansın davamlı olaraq inkişaf etdirilməsi.

Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Biznes hesabatların hazırlanması və analiz olunması
- MS Office proqramların biliyi (MS Excel, Power BI yüksək səviyyədə);
- Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (PL-300, MOSE)
- SQL bilikləri (Oracle SQL arzuolunandır);
- SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
- İngilis və rus dilləri arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Analitik” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://lnkd.in/erV7EGFR saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.