Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçiriləcək (26-27 aprel 2024-ci il).

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, BMU və Gömrük Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşdiriləcək konfrans dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyət və təcrübələri bölüşmək, eləcə də gənclərin elmə marağını artırmaq məqsədi daşıyır.

>
Konfransın işi aşağıdakı seksiyalar üzrə təşkil olunacaq:

Mühəndislik elmləri;
Xarici ticarət və gömrük xidməti;
Memarlıq və inşaat elmləri;
Təbiət elmləri;
İqtisadiyyat elmləri;
Filologiya elmləri;
Pedaqogika elmləri;
Hüquq;
Tarix və sosiologiya.

Konfransın təqvimi:

01 aprel 2024-cü il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.

Konfransın işçi dilləri:🇦🇿🇬🇧🇳🇱🇹🇷
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis, rus və türk dillərində aparılacaq.

https://lnkd.in/eyb3MHz6