Sea Breeze Resort komandasına "İnsan resursları üzrə aparıcı mütəxəssis" axtarılır. 

 

Vəzifə öhdəlikləri:
• İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
• Müasir HR metodologiya və yanaşmalar ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) haqda məlumatlılıq (öncəki iş təcrübəsində bu kimi keyfiyyətlərin tətbiq edilməsi üstünlükdür);
• Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,);
• Vəzifə təlimatlarının hazırlanması;
• İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatın hazırlanması, ay sonu dəvamiyyət tabellərinin hazırlanaraq (1C, excel) mühasibatlığa təhvil verilməsi;
• Şəxsi işlərin yaradılması və saxlanılması;
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• Əmək müqavilələrinin və əmrlərin, vəzifə təlimatlarının,əmək kitabçalarının yazılması;
• Xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-qəbul aktlarının, xitamlarının yazılması;
• Əmək haqqı kartlarının açılması və sifarişi;
• Arayışların və etibarnamələrin yazılması;
E-gov.az-da əməliyyatların aparılması;
• İşlərin əmək qanunvericiliyinə uyğun olaraq yerinə yetirilməsinin təmin edilməsi;
• İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, təhsil, analıq və öz hesabına məzuniyyətlərin verilməsi,istifadə edilməmiş məzuniyyətlərin kompensasiya edilib verilməsi;
• Ümumi şirkət üzrə məzuniyyət qrafikinə nəzarət, son haqq hesabların, kompensasiyaların hesablanması;
• Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi;
• Şöbənin və digər şöbələrin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
• Məktubların yazılması, göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması, skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət olunması.


Vəzifə tələbləri:
• Ali təhsil;
• İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi;
• Yalnız kişi namizədlər;
• AR Əmək qanunvericiliyinin əsaslarını əla səviyyədə bilməli;
• Sahə üzrə sertifikatlar üstünlükdür;
• Komanda daxilində işləmək bacarığı;
• Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması;
• ƏMAS, 1C(8.3) və Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Əmək haqqı - namizədin bilik və bacarığına görə təyin olunacaqdır.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) [email protected] elektron ünvanına mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.