“STP Polymer” MMC “Direktorun köməkçisi” vakansiyasını elan edir.

“STP Polymer” MMC STP Şirkətlər Qrupu tərkibində regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir. 2009-cu ildən etibarən bazarda fəaliyyət göstərən müəssisəmiz müxtəlif polimer məhsulların istehsalı üzrə ixtisaslaşıb. “STP Polymer” MMC-nin məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında öz yerini tutmaqdadır.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik!

Bizim üçün uyğun namizəd:

-         Ali təhsilli olmalı (iqtisadiyyat, idarəetmə sahəsində ali təhsil arzuolunandır);
-         Müvafiq sahədə 1-3 il arası iş təcrübəsinə malik olmalı;
-         Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini işgüzar yazışmalar aparmaq bacarığı səviyyəsində bilməli;
-         Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
-         Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
-         İşgüzar və məsuliyyətli olmalı;
-         Tapşırıqları prioritetləşdirmək bacarığına malik olmalı;
-         İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

-         Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
-         Direktorun iştirak edəcəyi iclasların, görüşlərin planlaşdırılması, əlaqələndirilməsi, qrafikinin tərtib olunması;
-         Keçirilmiş iclasların/gö

rüşlərin qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərilməsinin təmin edilməsi;
-         Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
-         Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
-         Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
-         Direktorun qonaqlarının qəbul edilməsi;
-         Daxil olan telefon zənglərinin cavablandırılması;
-         Direktor tərəfindən tapşırılan digər müvafiq vəzifələrin yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?
 
-         Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
-         Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
 
Əlavə məlumatlar:

-         Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-         Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) və korporativ nömrə ilə təmin edilir;
-         Tibbi sığorta mövcuddur;
-         İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
-         İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktorun köməkçisi” yazaraq 15.10.2023-cü il tarixinədək [email protected] ünvanına göndərməsi və ya aşağıdakı keçid üzərindən vakansiyaya müraciət etmələri xahiş olunur.

https://stpcareer.com

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.