Bank of Baku ASC, Biznes analitik vakansiyasını elan edir.

Əsas vəzifə və öhdəliklər
-İstifadəçi tələblərinin toplanması üçün bank əməkdaşları ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
-Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, uml diaqramlar, istifadəçi təlimatları) hazırlanması;
-Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
-Proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
-Hazırlanmış proqram təminatlarının və yeni funksionallıqların testlərinin aparılması.
Tələblər
-İnformasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə ali təhsil;
-Biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
-Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər;
-Kompüter bili

kləri: MS Word, MS Excel, MS Project, MS Visio;
-Task Management sistemlərinin hər hansı biri ilə işləmə bacarığı (Jira, trello və s.);
-Wireframe, mockup, prototyping alətlərindən istifadə etmək bacarığı;
SQL üzrə biliklər;
-Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
-Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması;
-İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması.
İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Biznes analitik qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.