Azərbaycan Supermarket MMC Logistika və Distribusiya Mərkəzinə “Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
·   Distribusiya mərkəzinə daxil olan təzə meyvə, tərəvəz və digər qida məhsullarının keyfiyyətinə nəzarət etmək;
·   Uyğunsuzluqlar olduqda əlaqəli şöbələri məlumatlandırmaq;
·   Məhsulların keyfiyyəti və qida təhlükəsizliyi məsələləri ilə bağlı müntəzəm olaraq saxlama sahəsini yoxlamaq;
·   Şikayətlər olduqda paylama mərkəzində məhsulları araşdırmaq;
·   Təchizatçının qiymətləndirməsi üçün təchizatçı ilə bağlı bütün uyğunsuzluqları məsul şəxsə bildirmək
·   Bütün yoxlama nəticələrini günlük qəbul formlarında qeyd etmək;
· Şöbə müdirinin tapşırığı ilə digər vəzifələri icra etmək.
Tələblər:
·   Ali təhsil
·   Meyvə-tərəvəz satışı və ya yoxlanışı üzrə 6 ay iş təcrübəsi;
· &nbs

p; Azərbaycan dili üzrə səlist biliklər
·   Microsoft Excel və Outlook proqramlarından istifadə etmə bacarığı
·   Son möhlət tarixləri ilə işləmək bacarığı
·   Komandada işləmək bacarığı
·   Detallara qarşı diqqətlilik
·   Yeni şəraitlərə uyğunlaşma qabiliyyəti
·   Tələb olunan tapşırıqlarda keyfiyyət və etibarlılığa diqqət yetirmək
·   Pərakəndə satış sahəsində təcrübə üstünlükdür
Bacarıqlar:
·    Müştəri yönümlülük
·    Effektiv ünsiyyət qurmaq
·    Stres tolerantlığı
·    Detallara diqqətli olmaq
·    Analitik düşüncə bacarığı
·   Hesabatlılıq

Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis” qeyd etməklə edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.