Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Tovuz və Masallı filiallarında Mikro biznes müştəriləri üzrə Təcrübəçi / Mütəxəssis / Baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Tovuz / Mikro_kredit və ya Masallı / Mikro_kredit” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Mikro Biznes Kreditləri Departamenti
Vəzifə: Təcrübəçi / Mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial müdiri və / və ya menecer


Vəzifə öhdəlikləri:

  • Biznes müraciətlərinin təhlili;
  • Təhkim olunmuş kredit portfelinin idarə edilməsi;
  • Biznes görüşlərinin təşkili;
  • Müştəri şəbəkəsinin genişləndirilməsi.

Tələblər:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Riyazi biliklər;
  • Komandada işləmək bacarığı.
  • Bank işinin əsaslarını və bank sisteminin strukturunu bilmək;
  • Bankın maliyyə və təsərrüfat fəaliyyətinin uçotunu və mühasibat uçotunun əsaslarını, təhlil və planlaşdırma metodlarını bilmək arzuolunandır;
  • İqtisad xarakterli məlumatlarla analitik işin aparılma bacarığı;
  • Excel və 1C proqramarında işləmək bacarığı olan namizədlərə üstünlük veriləcəkdir.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.