“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək departamentinin Verilənlər Bazasının Proqramlaşdırılması şöbəsində aparıcı mütəxəssis/böyük mütəxəssis (SQL Developer) vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Biznes strukturlardan daxil olan tələblərin analiz edilməsi;
  • İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
  • Mövcud sorğular üçün optimallaşdırma işlərinin (performance tuning) edilməsi;
  • Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil;
  • SQL/Hesabatlıq üzrə minimum 3 il bank təcrübəsi;
  • Oracle SQL, PL/SQL, PostgreSQL;
  • Analitik düşünmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə “SQL Developer” qeyd edərək, 22 Dekabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.