Agro-West MMC "Kargüzar" vəzifəsi üzrə vakansiya elan edir.
 
    Vəzifə Öhdəlikləri
Cəmiyyətə daxil olan sənədlərin qəbulunu, rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;

İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək

Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək;
Əmrləri və protokolları skan etmək və Cəmiyyətin daxili proqram təminatında qeydiyyata salmaq;
 Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək. Bunun üçün poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək​​​​​
Kargüzarlığın aparılması

, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir;
 
 
Namizədə Tələblər
Ali təhsil;
Cins: Xanım
Müvafiq sahədə 1 il iş təcrübəsi;
Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər;
Yüksək səviyyədə Azərbaycan dili biliyi;
Güclü MS Office – Excel bilikləri;
Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.
 
İş şəraiti:
 
   İş qrafiki: Həftə içi 5 gün;
   İş saatı: 09:00-18:00;
   Nahar şirkət tərəfindən təmin edilir;
   Əmək haqqı: 550 manat
   Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç
 
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə " Kargüzar " yazaraq [email protected] mail ünvanına göndərə bilərlər

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.