Grand Motors Company olaraq Müştəri Xidmətləri bölməsinə rəhbər axtarırıq.
 
Namizədə olan tələblər:
 
Təhsil: Kommersiya, Biznesin İnkişafı və oxşar ixtisaslar üzrə ali təhsil;
Müştəri Xidmətləri sahəsində 5 il təcrübə;
Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və danışıq;
MS Office proqramlarında sərbəst işləməyi bacarmalı;
1C proqramı üzrə biliklər arzuolunandır.
 
Vəzifə öhdəlikləri:
 
Sənəd axınına nəzarət;
FAQ şablonlarının hazırlanması və təkmilləşdirilməsi;
CRM mərhələlərinin keçidlərinə nəzarət;
İmtina səbəblərinin qeydiyyatını aparmaq və hesabatlar tərtib etmək;
Korporativ satışdan daxil olan müraciətlərin təhlili, araşdırılması və müvafiq şöbələrə yönləndirilməsi;
Yeni müştərilərin cəlb edilməsi.
 
İş şərtlərimiz:
 
Əmək haqqı: 1800 – 2000 AZN;
İş qrafiki: həftə içi 5 gün, saat 08:30 – 17:30;
İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri Bölməsinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.