"HR ilə karyera xəritəsi" adlı ödənişsiz təlim keçiriləcək
HR dəstəyi ilə karyera yolunda doğru irəlilə!
Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində növbəti istiqamətimiz "HR ilə karyera xəritəsi" olacaq!
İlk təlimimiz "Rəqəmsal dövrdə emosional intellekt: Effektiv ünsiyyət və liderlik" mövzusunda Dövlət Dəniz və Liman Agentliyinin İnsan Resursları Departamentinin direktoru Nigar Rəhimova tərəfindən keçiriləcək.
Tarix: 21 fevral
Saat: 14:00
Məkan: Gənclər Təşkilatlarının Resurs Mərkəzi (Globus Centre Baku, 13-cü mərtəbə)
Son müraciət tarixi: 20 fevral saat 15:00
Qeyd edək ki, Platformanın bu istiqamətdə keçiriləcək təlimləri üzrə tərəfdaşı "HeadStart" Karyera İnkişaf Mərkəzidir.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.