Kommunikasiya üzrə mütəxəssis

  • Korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiyalar planının hazırlanması və bu plan çərçivəsində müxtəlif formada tədbir və proqramların həyata keçirilməsi;
  • Şirkətin fəaliyyəti ilə bağlı xəbərlər, şirkətin inkişaf strategiyası, dəyərləri və məqsədləri, mühüm hadisələri haqqında əməkdaşların zamanında məlumatlandırılması;
  • Korporativ nəşrlərin (bülleten) hazırlanması;
  • Daxili portalın idarə edilməsi;
  • Daxili kommunikasiyanın fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması;
  • Korporativ dəyərlərin formalaşdırılması və təbliğatı, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili barədə təkliflərin verilməsi;
  • İşçilərlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı sorğuların, monitorinqlərin aparılması;
  • Şirkətin ictimaiyyətlə əlaqələr və daxili kommukasiyalar sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi;
  • Tanıtım xarakterli mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsi, media hesabatların hazırlanması;
  • Şirkətin rəsmi saytı üçün press-relizlərin və reklam mətnlərinin hazırlanması;

 

Namizədə verilən tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili, rus dili və ingilis dili-əla (yazılı və şıfahi)
  • Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
  • MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
  • Ünsiyyət qura bilmə bacarığı, müştəriyönümlülük, yaradıcılıq, analitik düşünmə, təqdimetmə bacarığı, təşkilatçılıq, təmsiletmə bacarığı;

 

İş qrafiki: 5 günlük

İstirahət günü: Şənbə, bazar günü

Əmək haqqı: Müsahibə zamanı məlumat veriləcək

Müraciət qaydası:

CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını “Kommunikasiya üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.