Bank of Baku ASC olaraq “PR bölməsinin eksperti” vakansiyası üzrə yeni əməkdaş axtarışındayıq:

Əsas vəzifə və öhdəliklər:
- Bankın daxili və xarici PR planının hazırlanması və PR layihələrin idarəsi;
- Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
- Tədbirlərin təşkili;
- PR (reklam, xəbərlər) xarakterli mətn və məqalələrin yazılması;
- Bank haqqında yayımlanan materialların gündəlik monitorinqi;
- Bankın Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və icrası;
- Bankın internet səhifəsi üçün məlumatların hazırlanması, internet səhifəsindəki məlumatların yenilənməsi;
- Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
- Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;
- Bankın müsbət imicinin formalaşması və

onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmə;

Seçim meyarları:
- Rus və ingilis dilləri arzuolunandır.
- Ehtiyac yarandığı halda ezam olunma imkanı.

İş şərtləri:
İş vaxtı: 5 iş günü, 09:00-18:00

Biz sizə nə təklif edirik?

-Karyera inkişafı üçün əlverişli mühit;
-Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
-Komanda quruculuq tədbirlərində iştirak imkanı;
-İdman zallarında endirim imkanları;
-Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
-Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
-Könüllü tibbi sığorta;
-Həyatın yığım sığortasına” qoşulmaq imkanı.

Müraciət etmək istəyən namizədlər https://lnkd.in/dAFuhX9a linkinə daxil olub,qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.