Elm və Təhsil Nazirliyinin tabe qurumunda Layihələrin idarə olunması üzrə mütəxəssis vəzifəsi vakantdır!
 
Vəzifə öhdəlikləri
- İllik fəaliyyət planının hazırlanmasında iştirak etmək;
- Fəaliyyət planının icrası ilə bağlı koordinasiyanı həyata keçirmək;
- Məktublar, təqdimatlar və digər növ sənədləri hazırlamaq;
- Elektron sənəd dövriyyəsi vasitəsi ilə rəsmi sənədləri təqdim etmək və onları izləmək;
- Struktur bölmənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.
 
Tələblər
- Ali təhsil;
- Layihə idarə olunması üzrə 1 il iş təcrübəsi;
- Dil bilikləri (Azərbaycan dilində səlis yazı və danışıq qabi

liyyəti, ingilis dili – yüksək səviyyədə);
- Kompüter bilikləri (MS Office);
- Analitik təhlil etmə bacarığı.
 
PMP sertifikatına sahib olmaq üstünlükdür.
 
Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Layihələrin idarə olunması üzrə mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.   

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılır!        
 
Son müraciət tarixi: 18.08.2023

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.