ARTİ ədəbiyyat fənni üzrə kurikulum təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır

Namizədlər üçün minimum tələblər:

İxtisas fənni üzrə dərin bilik və bacarıqlar;

Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq;

Fikirləri yazılı formada ifadə etmə təcrübəsi;

Araşdırma və təhlil üzrə səriştə;

Ən azı 5 illik pedaqoji təcrübə;

Sərbəst iş qrafiki;

Müraciət forması: Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 6 sentyabr 2022-ci il tarixinədək [email protected] poçt ünvanına göndərmələri xahiş olunur. Emailin başlıq bölməsində “Ədəbiyyat fənni üzrə kurikulum mütəxəssisi” qeyd edilməsi vacibdir.

Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və növbəti mərhələlərə dəvət ediləcəklər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.