Korporativ layihələrin satışı və təhlili üzrə mütəxəssis  vakansiyası

 

“AZERA Holding” MMC tərkibində fəaliyyət göstərən “SARA LİZİNG” MMC    Korporativ layihələrin satışı və təhlili üzrə mütəxəssis  vakansiyasını elan edir. 



Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin cəlbi;
- Mövcud müştəri bazasının idarə olunması;
- Satış üzrə planlanan aylıq, rüblük və illik hədəflərin icrası;
- Korporativ müştərinin təqdim etdiyi məlumatların yoxlanılması məqsədi ilə korporativ müştərilərin      biznes obyektlərinə baxışın keçirilməsi;
- Korporativ layihələr üzrə maliyyə təhlilinin aparılması;
- Təklif olunan əmlak təminatı (girov predmeti) haqqında fotomaterialların hazırlanması;
- Aparılan ilkin təhlilin nəticələrinə əsasən lizinq müraciətinə baxılmasının məqsədəuyğunluğu barədə fikir bildirmək;
- Lizinq memorandumunun və müvafiq sənədlərin və digər müşayiətedici materialların hazırlanması;
- Yüksək keyfiyyətli və gəlirli lizinq portfelinin formalaşmasına nəzarət etmək;
- Korporativ müştərilərin kreditləşməsinə dair təlimatda göstərilən qayda və prosedurlara uyğun sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək.

Tələblər: 
Ali təhsil
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır
MS Office proqramlarında işləmə bacarığı
Korporativ müştərilər ilə işləmə  və analitik düşüncə qabiliyyəti 
Sürücülük vəsiqəsi ( B kateqoriyası üzrə)

İş şərtləri: 
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Əmək haqqı: 1000-1200 AZN (NETT)
İş qrafiki: 5 günlük
Ünvan: Bakı şəh, Nəriman Nərimanov rayonu


Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə [email protected] mail ünvanına göndərməniz xahiş edilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.