Bestbort MMC şirkəti 2023-cü il üçün interyer dizayn üzrə təcrübə proqramı elan edir!

Mebel dizaynı və istehsalı sahəsində çalışmaq, özünü peşəkar interyer dizayner kimi yetişdirmək istəyən dostlarımızı bu proqrama dəvət edirik.
Proqram barədə məlumat;
- Proqram 2 aylıq bir müddəti əhatə edəcək
- Proqram ödənişsizdir, namizədə görə yol və yemək xərcləri qarşılanacaq
- Proqram mebel dizaynı, istehsalat, quraşdırma və müştəri münasibətlərini əhatə edir
- Proqram həm real, həm də müəyyən olunmuş keyslərlə iş imkanı təqdim edir
- Müddətin sonunda şirkət seçilmiş namizəd(lər)i işlə təmin etmə zəmanəti verir
- Müddətin sonunda bütün iştirakçılara rəsmi sertifikat təqdim olunur
İştirakçılar barədə tələblərimiz;
- AutoCAD, 3DsMax və SketchUp proqramlarında işləmə bacarıqları
- Render alətlərindən (V-Ray və ya Corona) is

tifadə bacarıqları
- Yaradıcı və vizyoner
- Öyrənməyə (və hətta öyrətməyə) həvəsli
İştirakçıların qazanacaqları;
- Real müştərilərlə iş təcrübəsi
- İşinin mütəxəssisi tərəfindən daimi mentorluq
- Dizayn-istehsalat və dizayn-müştəri münasibətlərinin öyrədilməsi
Qeydlərimiz;
- Biz kurs deyilik, adıçəkilən proqram və alətləri təəssüf ki, öyrədə bilməyəcəyik
- Müraciət zamanı CV-ləriniz sadəcə sizi ilkin olaraq tanımaq üçündür, proqram və alətlərdə iş bacarıqlarınız müsahibə zamanı testdən keçiriləcək
- Qarşılayacağımız xərcləri siz – namizədlə birlikdə müəyyən edəcəyik, nəzərə alın ki, bu, təcrübə proqramıdır, işə qəbul deyil
Müraciət etmək üçün CV-lərinizi [email protected] e-poçtuna göndərməyiniz xahiş olunur. Seçilmiş namizədlərlə müsahibə təyin olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.