İT strukturunun ATM və POS Terminallar sahəsində karyera qurmaq istəyənlər üçün Təcrübə Proqramımızı sizə təqdim edirik!

Təcrübə proqramına kimlər müraciət edə bilər?
· Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
· Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.

Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.
· Ali təhsil;
· Azərbayc

an dilində səlis danışıq qabiliyyəti (Rus dili və İngilis dili biliyi üstünlükdür);
· Hardware və Help desk bilikləri;
· Diqqətli və məsuliyyətli olmaq;
· Problem həll etmə bacarığı.

Qeyd edək ki, təcrübə proqramının sonunda müsbət nəticə göstərənlərin işə qəbulu nəzərdə tutulmuşdur.

Komandamıza qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə CV-lərinizi mövzu sətrində “ATM və POS terminallar üzrə təcrübəçi” qeydi edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.