AVRORA MMC “Kimyaçı-mühəndis” vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·     İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi;
·     İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyinin təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
·     Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması;
·     Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd edilməsi;
·     Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə səliqəli şəkildə, tam dolğun aparılması.

Tələb olunan bilik və bacarıqlar :

·       Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
·       Yüksək qavrama və öyrənmə qabiliyyəti;
·       İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyət

i;
· Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması.


Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

·     Təhsil: Ali bakalavr (kimya, biologiya sahəsində);
·     İş təcrübəsi: Kimyaçı - laborant və ya laborant- mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür).

İş şərtlərimiz :

·     İş qrafiki: Növbəli;
·     İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi);
·     Nahar və servis şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

·    Əmək bazarında rəqabətli əməkhaqqı;
·    İşçilərə qayğı proqramı;
·    Peşəkar komanda mühiti;
·    Təlim və inkişaf imkanları;
·    Sağlamlıq sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kimyaçı-mühəndis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.