Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinə elmi tədqiqatların koordinasiyası və hesabatların tərtibi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur. 

 

 Tələblər: 

 

 - Ali təhsil (Magistr təhsili);

- Minimum 3 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);

- Dil bilikləri: İngilis və rus dillərində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı;

- "Ms Office", "Ms Access", "MS Project" proqramları üzrə biliklər;

- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmək qabiliyyəti;

- “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf prioritetləri və qanunvericilik bazası, Boloniya prosesi haqqında biliklər.

 


 Əmək funksiyaları:

 

· Tədqiqatların qiymətləndirilməsi: Elmmetrik göstəricilərin toplanması və analiz edilməsi, tədqiqatların keyfiyyətinin və təsirinin qiymətləndirilməsi.

· Məlumat analizi: Publikasiya, istinad və digər elmmetrik məlumatların toplanması, analizi və interpretasiyası.

· Hesabatların hazırlanması: Elmmetrik məlumatlar əsasında hesabatların və təqdimatların hazırlanması, müvafiq rəhbərliyə təqdim edilməsi.

· Strategiyanın formalaşdırılması: Təşkilatın tədqiqat prioritetlərinin müəyyənləşdirilməsi və elmmetrik göstəricilər əsasında strategiyaların inkişaf etdirilməsi.

· Təlim və dəstək: Tədqiqatçılara elmmetrik göstəricilərdən necə istifadə edəcəkləri barədə təlimlərin verilməsi, onlara dəstək göstərilməsi.

· Tədqiqat trendlərinin izlənməsi: Elm sahələrindəki trendləri və inkişafları izləyərək müvafiq dəyişikliklərin proqnozlaşdırılması.

· İş birliyi və şəbəkə: Digər tədqiqatçılar və mütəxəssislərlə əməkdaşlıq edərək elmmetrik yanaşmaların paylaşılması.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 20.02.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.