Alov Travel Baku MMC tərəfindən gənclər üçün maaşlı təcrübə proqramı elan olunur!

 

Namizədlərə tələblər:

  • Xarici dil biliyi (xüsusilə İngilis və Rus dillərində sərbəst ünsiyyət bacarığı)
  • Geniş dünyagörüş və analitik düşüncə qabiliyyəti
  • Məsuliyyətli, ünsiyyətcil, gülərüz və təşəbbüskar davranış
  • Komanda ilə effektiv işləmək və təşkilatçılıq bacarığı
  • Yüksək natiqlik və motivasiyaetmə bacarığı
  • İdarəetmə və liderlik potensialı

Şirkət tərəfindən təqdim olunan imkanlar:

  • Təcrübə dövründə əlavə bonus ödənişlər
  • Şirkət loqolu T-shirt-lərlə təminat
  • Təcrübəçilərin təhlükəsizliyinin tam təmin olunması
  • Peşəkar təlim və seminarların keçirilməsi
  • İnfo-turlar vasitəsilə əsas turistik məkanlarla yerində tanışlıq
  • Nahar fasiləsində yeməklə təminat
  • Əyləncəli motivasiya saatlarının təşkili
  • Təcrübəçilərə xasiyyətnamə və rəsmi sertifikat təqdim olunması
  • Təcrübəni uğurla başa vuranlara part-time əsasda minimum 200 AZN əməkhaqqı ilə iş imkanı

Qeyd: Alov Travel Baku MMC, Tripadvisor, GetYourGuide, Tripster və digər beynəlxalq onlayn turizm platformalarında da aktiv fəaliyyət göstərən yerli turizm şirkətidir.

Whatsapp

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.