6-cı Təcrübə Proqramına qeydiyyatı açıq elan edirik!
Dəyərli gənclər, uzun müddətdir ki, gözlənilən təcrübə proqramına qeydiyyat başladı!
Gender Hub Azerbaijan sosial platforması olaraq fəaliyyətimizin əsas istiqaməti gender əsaslı zorakılıq hallarının qarşısını almaq, ictimaiyyətin gender bərabərliyinə həssaslığını artırmaq, gender məsələləri ilə bağlı mövcud problemləri platforma üzərindən paylaşaraq işıqlandırıb gender ədalətliliyinə nail olmaqdır.
Zorakılıq hallarına qarşı bizimlə birlikdə mübarizə aparmaq istəyən şəxslər qeydiyyatdan keçərək "Gender Hub Azerbaijan" komandasının bir parçası olma şansı əldə edə bilər.
Biz kimləri axtarırıq?
- Gender əsaslı məsələlərə həssaslıqla yanaşan və gender istiqamətində fəaliyyət göstərməyə motivasiyası olan
- Kreativ və analitik düşüncə bacarığı olan, məsuliyyətli
- Online platformalardan yaxşı səviyyədə istifadə etmə bacarığı (Canva, Google Docs, Sheets, Drive, Gmail və digər)
- İngilis dili səviyyəsi min. A2
- 18-26 yaş aktivist gənclər
Bəs, biz sizə nə vəd edirik?
- Yumşaq bacarıqların inkişafı
- Layihə idarəetmə bacarıqlarının inkişafı
- Gender məsələlərinə daha yaxından baxış
- Təşkilat adından beynəlxalq layihə, forum, konfrans və s. iştirak etmək şansı
- Beynəlxalq təşkilatlarla tərəfdaşlıq nəticəsində keçirilən layihələrdə işləmək imkanı
- Və ən əsası, özünüzü azad və rahat ifadə edə biləcəyiniz bir mühit
- Aaa, bir şeyi unutduqtəbii ki, tövsiyə məktubu və sertifikat
Təcrübə proqramının müddəti: 6 ay (İyul-Dekabr 2026)
Keçiriləcəyi yer: Gender Hub Azərbaycan ofisi (Globus Center 13-cü mərtəbə)
Təcrübə proqramı ödənişsizdir.
QEYD: İşlərimizin daha sürətli yerinə yetirilməsi və keyfiyyətli olmasını təmin etmək məqsədilə təcrübəçilərin texnoloji avadanlıqlarının (məs. laptop) olması üstünlükdür
QEYD: Müraciət formunda və motivasiya məktubunda qeyd etdiyiniz bütün cümlələr qrammatik cəhətdən də qiymətləndirmə faktorudur.
Qeydiyyat üçün son tarix: 20 iyun