İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Gədəbəy rayonunda Əmək Yarmarkası keçiriləcək.
“Al Market” MMC-də müvafiq vakansiya üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə qeyd olunan ünvana yaxınlaşa bilərlər.
Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:
Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi 21 (Qazax-Tovuz Regional Məşğulluq filialının Gədəbəy rayon xidmət şöbəsi)
26 avqust, 2022
11:00 - 13:00
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.