Aqrar İnnovasiya və Təchizat Şirkəti "Təchizat üzrə kiçik mütəxəssis'' axtarışındadır.



Namizədə olan tələblər:
· Ali təhsil; 
· Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi olmalı; 
· Aqrar sahə üzrə biliklərin olması arzuolunandır; 
· Kompüter bilikləri: Excel bilikləri (orta səviyyədə), 1C proqramı üzrə baza biliklər; 
· Azərbaycan dili səlis, Rus dili orta səviyyədə olmalı; 
· Analitik düşüncə bacarığına sahib olmalı.

Vəzifə təlimatları:
· Satışla bağlı sifarişlərin logistika şirkətləri vasitəsilə çatdırılmasının təmin edilməsi və koordinasiyası;
· Sifarişlərin analiz edilməsi və aidiyəti ünvana yönləndirilməsi;
· Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək;
· Sifariş edilmiş malların/xidmətlərin vaxtında təhvil-təsliminin təşkili, tələbə uyğun olub-olmamasının müəyyən edilməsi və qeydiyyatının aparılması;
· Regional anbarlardan və satış nöqtələrindən gələn müraciətlərin cavablandırılması və yönləndirilməsi;
· Sənədlərin reyestrinin aparılması;
· Mütamadi olaraq stokdakı malların analiz edilməsi.

İş şərtlərimiz:
· Əmək haqqı: 731 - 842 AZN;
· İş qrafiki : Tam iş günü (5 gün);
· İş saatları: 08:30-17:30.
· Ünvan: Ziya Bünyadov 1965, ‘’Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat üzrə kiçik mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

See translation

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.