Macarıstanın aparıcı universitetlərindən biri olan Dövlət Xidmətləri Universiteti tərəfindən 2024-cü ilin 18-22 mart tarixlərində “Lüdovika Alimləri” proqramı təşkil ediləcəkdir. Qaliblər bir həftə ərzində mühazirə oxumaq, həmçinin yerli fakültə və ya tədqiqat institutları tərəfindən təşkil ediləcək seminar və peşəkar müzakirələrdə iştirak imkanı əldə edəcəklər.

Proqramın məqsədi Mərkəzi və Şərqi Avropadan olan tədqiqatçıları, akademik sahədə çalışan şəxsləri və ekspertləri bir araya gətirməkdir.

Proqrama müraciət üçün son tarix 22 yanvar 2024-cü ildir. Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Elan: https://shorturl.at/gtBJM

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.