Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin Metodik xidmətin təşkili və monitorinqi şöbəsi aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir!

 

Tələblər:

• Pedaqoji ixtisas üzrə ali təhsil;
• Pedaqoji sahədə minimum 3 il iş təcrübəsi;
• MS Office və s.proqramlar ilə işləmək bacarığı;
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
• Xarici dil bacarığı (ingilis və rus) arzuolunandır;
• Analitik və strateji düşünmə, effektiv ünsiyyət, problem həlletmə bacarığı;
• Layihələri idarəetmə bacarığı;
• Fərdi və komanda mühitində işləmək bacarığı;
• Təşəbbüskarlıq.

Vəzifə öhdəlikləri:

  • Metodik xidmətin təkşili, metodik xidmətin monitorinqi sahələri üzrə yeni təcrübələrin araşdırılması;
  • Metodika sahəsində yeni təcrübələrin araşdırılması və innovativ təkliflərin hazırlanması;
  • Metodik xidmətin təkşili üçün təkliflərin hazırlanması;
  • Metodik vəsaitlərin hazırlaması;
  • Şöbənin icra etdiyi digər fəaliyyətlərdə iştirak.

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin Metodik xidmətin təşkili və monitorinqi şöbəsinin aparıcı mütəxəssis vəzifəsinə” qeyd edərək 14 oktyabr tarixinə kimi [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.