"Veysəloğlu" MMC Daxili nəzarət departamentində Daxili nəzarət üzrə mütəxəssis vakansiyasını elan edir. 

 

Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri:
Bakı şəhəri

İş qrafiki:
Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Vəzifə öhdəlikləri:
- Xidməti təminat apardığı strukturlardan daxil olmuş məlumatların araşdırma nəticələri barədə üst rəhbərini yazılı və ya şifahi qaydada məlumatlandırmaq;
- Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən epizodik yoxlama və araşdırmalar aparmaq, monitorinqlər həyata keçirmək:
- Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə neqativ halları müəyyən etmək;
- Daxili nəzarət və digər strukturların fəaliyyətlərinə dair təsdiq edilmiş daxili siyasət, qayda və tələblərin tətbiqi və onların icrasına nəzarəti təmin etmək;
- Vəzifə funksiyalarının icrası ilə əlaqədar digər nəzarət tədbirlərinin görülməsi üçün müvafiq təşkilati tədbirlər həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.


Vəzifə tələbləri:
- Ali (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;
- Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya, istehsalat və ya digər oxşar sahələrin idarə etməsində ən azı 1 illik təcrübə;
- Azərbaycan dilini əla bilməli, ingilis və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti arzu olunandır;
- MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı, Mikro sistemlərindən və əl terminallarından istifadə etmək;
- SAP biliyi;
- Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
• Nahar ilə təmin edilmə;

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Daxili Nəzarət üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.