Optik Məsləhətçi vakansiyası

 

VƏZİFƏ VƏ MƏSULİYYƏTLƏR:

• Optik reseptə uyğun olaraq düzgün ölçü və dizayn ilə müvafiq məlumatların verilməsi;
• Çərçivə və şüşələri seçməkdə müştəriyə köməklik edilməsi;
• Linzaların spesifikasiyalara uyğun olmasının təmin edilməsi;
• Şüşələrin sifarişləri üçün müvafiq şöbəyə müraciətlərin edilməsi;
• Müştərilərin iş sifarişlərinin, reseptlərinin və ödənişlərinin qeydinin aparılması.
TƏLƏBLƏR
• Təhsil: Orta;
• Sahə üzrə 1-3 il təcrübə; 
• Dil bilikləri: Rus dili – mükəmməl, İngilis dili– üstünlükdür; 
• MS Office proqramları ilə işləmə bacarığı;
• Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq; 
• Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olan.

TƏKLİFLƏR
• Özəl tibbi sığorta;
• Karyera yüksəlişi; 
• Müvafiq sahədə peşəkar inkişaf.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Optik Məsləhətçi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.