“İnformasiya Texnologiyaları” və “Kompüter Mühəndisliyi” ixtisasları üçün aşağıdakı istiqamətlər üzrə tədrisi İngilis dilində həyata keçirəcək ştat və ya əvəzçi professor-müəllim heyətinin axtarışındayıq!
 


Tədris istiqamətləri:


• Süni intellekt;
• Kibertəhlükəsizlik;
• Full-stack development;
• Şəbəkə və sistem inzibatçılığı;
• Proqram məhsullarının keyfiyyət təminatı.

Fənlər: Proqramlaşdırma, Verilənlər bazası, Süni intellekt, Kompüter arxitekturası, Kompüter şəbəkələri və tədris planlarında olan digər fənlər.
 


Tədris planları ilə tanış olmaq üçün:


İnformasiya Texnologiyaları 
Kompüter Mühəndisliyi 
 


Namizədlərdən gözləntilərimiz:


• Müvafiq ixtisas üzrə ali təhsil (magistr dərəcəsi mütləqdir);
• Yüksək səviyyədə ingilis dili biliyi;
• Tələbkarlıq və nizam-intizam;
• Akademik və/və ya praktiki təcrübə;
• Komandada işləmə bacarığı və məsuliyyətlilik;
• Müasir tədris vasitələrinə və metodlarına bələdlik.

Dövlət proqramı ilə xaricdə təhsil almış namizədlərə üstünlük veriləcək.

Son müraciət tarixi: 25.05.2025

CV və əlaqə məlumatlarınızı [email protected] ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “IT education” qeyd olunması mütləqdir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.