Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Ağstafa rayon xidmət şöbəsində "KUR FRUİT COMPANY” MMC ilə birgə əmək yarmarkası keçiriləcək.

Yarmarkada aşağıdakı vakansiyalar üzrə müraciətlərin qəbulu həyata keçiriləcək:

• İnzibatçı
• Aqronom
• Ofis meneceri
• Sürücü (traktor)
• Budama mütəxəssisi
• Bağban
• Anbardar
• Fəhlə

Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ünvan: Ağstafa şəhəri, Səməd Vurğun küçəsi 57A
05 avqust, 2022
11:00 - 13:00

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.