Artlife Sahil filialı Praktiki Təcrübə Proqramını elan edir!

 

Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, təşəbbüskar tələbə və məzunları bu  fürsətdən  yararlanmağa dəvət edirik 

Proqram müddəti 3 aydır, həftədə 4 gün olmaqla. 

Qrafik razılaşdırılır.

 

 Proqram 2 istiqaməti əhatə edir.

 

     1. Rəssam assistenti

     2. Administrativ assistent

Qeyd: Rəssam assistenti qeyd edənlər fotoşəkilli CV ilə birlikdə əl işlərindən bir neçə nümunə foto göndərməlidir.

   Proqrama kimlər qoşula bilər?

•  4-cü kurs tələbələri.

•  Magistr tələbələri.

•  2023-2024-cü illərin məzunları.

 

Təcrübə proqramı sizə nə qazandıracaq?

 

•  Real iş mühiti ilə tanışlıq. 

•  Komanda işini mənimsəmə və sosiallaşmaq imkanı.

• Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı.

• Öz sahəsində peşəkar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı.

•Gələcək karyera imkanının artırılması.

• Əmək vərdişlərinin inkişafı

 

• Təcrübə proqramını uğurla bitirən iştirakçılara Artlife reyestrində rəsmi  qeydiyyata alınmış QR Kodlu Diplom təqdim olunacaq. ( eyni zamanda seçilən iştirakçılara müsbət xasiyyətnamə də verilə bilər) 

          Göstərilən tələblərə cavab verən namizədlər  müraciət üçün CV formasını foto ilə birlikdə, mövzu yerinə rəssam və ya administrativ assistent qeyd etməklə [email protected] göndərə bilərlər.

            Son müraciət tarixi: 27/01/25

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.