Vəzifə: Təsərrüfat və təminat şöbəsinin müdiri
İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Müvafiq sahədə 4 il, Səhiyyə, rifah, xidmət və idarəetmə ixtisasları qrupu/ Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi

Vəzifə öhdəlikləri:
-Mərkəzin avadanlıqlarının texniki xidmətinə, bina və tikintilərin təmir işlərinə, bölmələrin təsərrüfat xidməti işlərinə rəhbərlik etmək;

-Mərkəzin əsas fondlarının, təmiri üçün illik və perspektiv proqramların tərtibində iştirak etmək;
-İstismar xidməti qaydalarına, texniki xidməti qaydalarına, avadanlıqların təmir və yoxlanılması qaydalarına riayət olunmasına nəzarət etmək;
-Texniki istismar xidməti işçilərinin işini əlaqələndirmək;
-Liftlərin, işıqlandırma sistemlərinin, ventilyasiyanın saz vəziyyətdə olmasını, əməkdaşların səmərəli işləməsi üçün lazımi şəraitin yaradılmasını təmin etmək;
-Mərkəzin əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlanmasında və istehsalat sahəsinin xərclər smetasının tərtibində iştirak etmək;
-Xidmət üzrə müqavilələrin bağlanması üçün lazım olan materialları rəsmiləşdirmək;
-Dəftərxana ləvazimatının, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın alınması və saxlanılmasının təşkili, Mərkəzin bölmələrini onlarla təmin etməklə

yanaşı onların işləməsi vaxtının uçotunu aparmaq, müvafiq hesabat formasını tərtib etmək;
-Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət etmək;
-Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin tərtibatı işlərinə rəhbərlik etmək;
-Mərkəzdə qabaqcıl təcrübə mübadiləsi ilə əlaqədar keçirilən iclas, konfrans, seminar və eləcə də digər tədbirlərin təsərrüfat xidmətini təşkil etmək;
-Yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsini və yanğından mühafizə avadanlığının saz vəziyyətdə saxlanılmasını təmin etmək;
-Kiçik xidmət heyətinin əməyinin mexanikləşdirilməsi üçün tədbirlər görmək;
-Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.

Tələblər:
-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
-İdarəetmə və komandada işləmək bacarığı;

Əmək haqqı: 1000 AZN+
Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: Həftədə 6 günlük
 
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.