Hal-hazırda komandamıza "Layihələrin idarəedilməsi üzrə təcrübəçi" namizəd

axtarışındayıq.

Vəzifə öhdəlikləri:

• Layihədə iştirak edən komandanın vəzifələrini effektiv şəkildə yönləndirmək,

verilən tasklara nəzarət etmək;

• Layihənin tələblərini müəyyənləşdirmək və məlumatların əks olunduğu briflərin

tərtib olunması;

• Texniki tapşırıqların yazılmasında iştirak;

• Layihənin icrası zamanı, dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq,

sualların yönləndirilməsi;

• İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;

• Layihə ilə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və

prioritetləşdirmək;

• Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün

məlumatların arxivlənməsi.

Namizəd üçün arzu olunan tələblər:

• İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;

• IT sahəsində təhsil arzu olunandır;

• Kompüter bacarıqları: MS Office, Layihə üçün əməkdaşlıq alətləri (məsələn: Trello,

Jira);

İş rejimi:

- ofis daxili;

- həftənin 5 günü (09:00 – 18:00).

Müraciət etmək istəyən namizədlərin CV-lərini [email protected] email ünvanına,

mövzu adı yerində “Project Manager Intern” qeyd edərək göndərməyi vacibdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.