Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:

- İnzibati idarəetmə şöbəsinin müdiri

Əsas vəzifə öhdəlikləri:

  • Fondun fəaliyyət strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Fondun maliyyə dayanıqlığının təmin edilməsi strategiyasının hazırlanmasına və icrasına nəzarət etmək;
  • Şöbənin işinin təşkilinə, fəaliyyətinə ümumi rəhbərlik etmək;
  • Vəzifə öhdəliyindən asılı olaraq inzibati-təsərrüfat və təchizat işlərini təşkil etmək, bununla bağlı rüblük hesabatların hazırlanması və digər işlər;
  • Mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşmənin aparılmasına nəzarət etmək;
  • Fondun və ya onun struktur bölməsinin fəaliyyəti üzrə işinə rəhbərliyi həyata keçirmək;
  • Vergi, büdcə, hesabat və audit daxil olmaqla Fondun maliyyə fəaliyyətinə nəzarət etmək;
  • İnsan resurslarının strateji idarəedilməsi mexanizmlərinin yaradılmasına dəstək olmaq və onların düzgün tətbiqi üzrə hesabatlılıq sisteminin qurulmasına rəhbərlik etmək;
  • Fond tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinə, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtibinə və İdarə Heyətinin sədrinə təqdim edilməsinə nəzarət etmək;
  • İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.  

Nəyi bilməlidir?

  • Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq və yazı qabiliyyətini;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığını;
  • Təchizat və satınalma prosseslərini bilməlidir.

 

Nəyi bacarmalıdır?

  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
  • İstehsal-təsərrüfat və maliyyə-təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericilik və normativ-hüquqi aktları bilmək;
  • Satınalmalar üzrə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini, o cümlədən, Dövlət Satınalmaları haqqında Qanunu;
  • Təqdimetmə bacarığı;
  • Strateji yanaşma;
  • Ünsiyyət bacarığı;
  • Vaxtın idarə edilməsi;
  • Məsuliyyətlilik.

Xüsusi tələblər:

  • Ali təhsil;
  • İdarəetmə sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsinə malik olmalı;
  • Dövlət sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Gözlənilən davranışlar:

  • Liderlik;
  • Analitik düşünmək, gərgin iş rejimində işləmə, çevik qərar-vermə və problemi həll etmə bacarıqları;
  • Nizam-intizam qaydalarına riayət;
  • Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.


 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.