Əziz gənclər,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə keçiriləcək regionlar üçün yeni inkubasiya proqramına qeydiyyat başlayıb!
İnkubasiya proqramının məqsədi regiondakı startap ideyalarını inkişaf etdirmək, ideyanı işlək məhsula çevirmək və yeni innovativ biznes yaratmaqdır.
İnkubasiya proqramında iştirak etmək istəyən startaplarçılar ilə ilkin görüş keçiriləcəkdir. Sizi görüşdə iştirak etməyə dəvət edirik. Layihədə iştirak üçün minimum 4-cü kursda təhsil almalısınız.
Qeydiyyat linki: https://lnkd.in/etMdxqNi
Tarix: 15 fevral, 11:00
Ünvan: Luxe Lankaran Hotel, Lənkəran
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.