Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Uğur üçün bacarıqlar” konfransı keçiriləcək.

Konfransın məqsədi tələbələrə karyera planlaması və əmək bazarına inteqrasiya olmaqda peşəkarların təcrübə və tövsiyələrini çatdırmaqdır.

Bakı Biznes Universitetində keçiriləcək konfransda müxtəlif ali təhsil müəssisələrində təhsil alan 100-dən çox tələbə, müəllim heyəti və ekspertlər iştirak edəcək.

Konfransın spikerləri tərəfindən "Sabaha baxış”, "Əmək bazarına aparan yol”, "Fərqli gələcək”, "Sosial zəka- önəmli iş bacarığı” mövz

usunda təqdimatlar ediləcək.

Konfransın mövzusu əmək bazarında bacarıqların əhəmiyyətidir. 

Konfransda iştirak edəcək *spikerlər:*

Bəxtiyar Aslanbəyli - BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezident

Müşfiq Cəfərov- Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı 

Kənan Əkpərov- Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru 

Şəms Mustafayeva – Dayanıqlı inkışaf üzrə müşavir

Tədbirin tarixi: 25 oktyabr 2023, 14:00
Yer: Bakı Biznes Universiteti 
Konfransın müddəti: 2-2,5 saat

Qeydiyyat linki: https://lnkd.in/ddag9V88

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.