Baku Electronics Şirkəti E-commerce departamentinə Kiçik əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir!

Vəzifə öhdəlikləri:

-     Təhvil nöqtələrindən son istehlakçıya qədər bütün əməliyyat zəncirində mükəmməlliyin təmin edilməsi üçün müvafiq işlərin görülməsində iştirak etmək;
-     Online satış təmsilçiləri işdə olmadıqları zaman onları əvəz etmək və onlara həvalə edilmiş bütün işlərin qanunvericiliyə və şirkət daxili prosedurlara uyğun icra edilməsini təmin etmək;
-     Anbar əməliyyatlarına dair bütün işlərin sistemə işlənməsində, mal qalıqlarını dövri olaraq yoxlanmasında anbardarı o işdə olmadığı zaman əvəz etmək;
-     Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsində anbardarı əvəz etmək;
-     Yüklərin qabaqc

adan sifarişlər və istiqamətlər üzrə komplektləşdirilməsini təşkil edilməsində anbardarı əvəz etmək;
-     Əməliyyat işinin məhsuldar təşkili üçün mütəmadi olaraq təkliflər hazırlamaq;
-     Rəhbərlik tərəfindən verilən digər tapşırıqları və təlimatları vaxtında yerinə yetirmək.

Tələblər:

-   Ali təhsil;
-   MS Office proqramlarından sərbəst istifadə (Excel biliklərinin olması üstünlükdür);
- Şifahi və yazılı ünsiyyətqurma bacarığı;
- Məsuliyyətlilik, işdə dəqiqlik, detallara fikir vermək bacarığı.


- İş qrafiki: 09:00- 18:00
- İş yeri: BE Baş ofis

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kiçik əməliyyatçı” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.