AVRORA MMC “İstehsalat Operatoru" vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·     Texnoloji maşınların və avadanlıqların idarə edilməsi;
·     İstehsalat maşınlarının axınını nizamlamaq üçün fəaliyyətə nəzarət edilməsi;
·     Yarım avtomatik avadanlıqların və pnevmatik sistemlərin idarə edilməsi;
·     Digər istehsalat avadanlıqlarının və idarə panelinin idarə edilməsi, istehsalat xəttinin işə salınması və məhsulun müşahidə edilməsi;
·     Məhsul nümunələrinin və laboratoriya hesabatlarının təftiş edilməsi və tədarük axım dərəcələrinin tənzimlənməsi;
·     İstehsalat qeydlərinin və hesabatlarının tərtib edilməsi;
·     Tərtib edilmiş cədvələ uyğun olaraq istehsalatın məhsuldar olmasının təmin edilməsi;
·     İşlətdiyi avadanlığın texniki tərəfdən saz və gigiyenik cəhətdən təmiz saxlanılması;
·     İşin sonunda istifadə etdiyi avadanlığın təmizlənilməsi;
·     Təhlükəsizlik və əməyin mühafizəsi iş metodlarının təlimatlandırılması;
·     Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi.



Tələb olunan bilik və bacarıqlar :

·     İstehsal avadanlıqlarının istismar qaydalarını bilməli;
·     Kollektivdə ünsiyyət qurma və problemleri həll etmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

·     Təhsil: Ali və ya orta ixtisas təhsili (Texniki sahələr üzrə);
·     İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il;
·     Yaş həddi: 20-45 aralığı.

İş şərtlərimiz :

·     İş qrafiki: Növbəli;
·     İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi);
·     Nahar və servis şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

·     Əmək bazarında rəqabətli əməkhaqqı;
·     İşçilərə qayğı proqramı;
·     Peşəkar komanda mühiti;
·     Təlim və inkişaf imkanları;
·     Sağlamlıq sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsalat Operatoru” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.