Bakı Slavyan Universiteti Magistratura və Doktorantura şöbəsinə rəhbərlik edəcək yüksək ixtisaslı və gələcəyə baxışı olan lider axtarır.

 

Namizədə olan tələblər:

 

− Doktorantura səviyyəsində təhsil (elmi dərəcə üstünlükdür).

− Ali təhsil sahəsində ən azı 5 illik iş təcrübəsi, o cümlədən rəhbər vəzifələrdə iş təcrübəsi üstünlükdür.

− Təşkilatçılıq, liderlik və strateji idarəetmə bacarıqları.

− Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.

 

 Vəzifə öhdəlikləri:

 

-Doktorantura və magistratura təhsil proqramlarının planlaşdırılması, həyata keçirilməsi və keyfiyyətinə nəzarət.

− Doktorant və magistrantların tədqiqat fəaliyyətlərinin koordinasiyası və inkişafına dəstəyin göstərilməsi.

− Universitetin Elmi-tədqiqat strategiyasına uyğun olaraq şöbənin fəaliyyətinin təşkili.

− Beynəlxalq və yerli akademik tərəfdaşlarla, sənaye liderləri və tədqiqat təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirilməsi.

− Təhsil və tədqiqat sahəsində yenilikləri, Azərbaycan Respublikasının bu sahədə normativ-hüquqi aktlarını izləmək və universitetin fəaliyyətində tətbiq etmək.

− Doktorantura və magistratura proqramlarında müxtəliflik, inklüzivlik və bərabərliyi təşviq etmək.

 

İş şərtlərimiz:

 

- İş qrafiki: Tam iş günü (5gün)

- İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi

Son müraciət tarixi: 31.01.2025-ci il

 Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində yazılmalı, e-poçtun mövzu hissəsində “Magistratura və Doktorantura şöbəsinin müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.