Kadrlar üzrə mütəxəssis vakansiyası üzrə əməkdaş tələb olunur

 

Son müraciət

07.08.2024

Görəcəyiniz işlər:

  • Elektron hökumət portalına (ƏMAS) aidiyyatı məlumatların daxil edilməsi;
  • İşçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad olunması və əmək qanunvericilində nəzərdə tutulmuş digər hüquq və vəzifələr ilə bağlı bütün işlərin vaxtında rəsmiləşdirilməsinin həyata keçirilməsi;
  • İşçilərin şəxsi işlərinin, imzalanmış əmrlərin və həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada qeydiyyatının həyata keçirilməsi, saxlanması və onlarda olan məlumatların yayılmamasının təmin edilməsi;
  • İnsan resursları üzrə elektron məlumat bazasının formalaşdırılması və yenilənməsinin həyata keçirilməsi;
  • Yeni qəbul olunan işçilərin vəzifə təlimatları ilə tanış olmalarının təmin edilməsi;
  • Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq güzəştlərin tətbiq edildiyi işçi qruplarının daim nəzarətdə saxlanılması və bu güzəştlərin tətbiqinin təmin edilməsi;
  • Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi və uçotunun aparılmasının təmin edilməsi;
  • Xəstəlik vərəqələrinin müvafiq hissələrinin və protokollarının tərtib olunmasın təmin edilməsi;
  • İşçilərin gündəlik işə davamiyyətinə nəzarət edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə)
  • Müvafiq sahə üzrə minimum 1 il təcrübə
  • Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə)

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Diplomun surəti
  • CV

Müraciət qaydası

  • [email protected] ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini (məsələn: BBSM-kadrlar üzrə mütəxəssis) qeyd edərək müraciət edə bilərsiniz.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.