Müəssisə: Askona AZ MMC

Vəzifə: Satış üzrə mütəxəssis

Namizəd üçün tələblər:

  • Təhsil: Orta/orta ixtisas
  • Təcrübə: Minimum 2 il satış sahəsində iş təcrübəsi olmalı
  • Satış texnikalarını bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
  • Yaş: 22-35

Vəzifələr:

  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərinə çatmaq
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması, məhsul haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək
  • Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək
  • Satışdan sonra prossesləri izləyərək müştəriyə olunan xidməti nəzarətdə saxlamaq.
     

İş qrafiki: Növbəli qrafik  (5 gün iş/2 gün istirahət) 
Əmək haqqı: Fiks əmək haqqi + faizlər (Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 900-2000 manat)


Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.