Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi “Mütəxəssis” və “Baş mütəxəssis” vəzifələri üzrə vakansiya elan edir!

 

“Mütəxəssis” vakansiyası üzrə vəzifə öhdəlikləri:

  • Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə onların peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, tədbirlər planının hazırlanması və icra edilməsi;
  • Təlim prosesi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsi;
  • Keçirilən təlimlərin qiymətləndirmə nəticələrinin təhlil edilməsi;
  • Müəllimlərin işə qəbul imtahanlarının məzmun istiqamətinin təkmilləşdirilməsi, yeni mütəxəssislərin seçiminin planlaşdırılması və ümumi prosesin koordinasiya edilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (Pedaqogika və metodika, təhsilin idarə edilməsi, təlim və tədris metodikası istiqamətləri üzrə arzuolunandır);
  • İngilis dili biliyi;
  • Təlim və inkişaf, performansın və ya istedadların idarə olunması üzrə ən azı 1 il iş təcrübəsi;
  • Təlimlərin təşkili və ya performansın idarə edilməsi ilə bağlı beynəlxalq sertifikatın olması üstünlükdür;
  • Namizədləri dəyərləndirmək və qərar vermək bacarığı;
  • MS Office və Google alətləri ilə işləmə bacarığı;
  • Güclü analitik və problem həlletmə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi, əməkdaşlıq, geniş perspektiv, keyfiyyət yönümlülük, dinamikanı anlamaq.

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən  [email protected] e-mail ünvanına CV-lərini “Mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.

Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Son müraciət tarixi: 2 aprel 2025-ci il

 

“Baş mütəxəssis” vakansiyası üzrə vəzifə öhdəlikləri:

  • Peşə təhsili səviyyələri üzrə tədris proqramlarının (kurikulumların) əmək bazarının tələblərinə uyğun olaraq hazırlanması və yenilənməsinin təmin edilməsi;
  • Şöbənin fəaliyyət istiqaməti üzrə təkliflərin və tövsiyələrin hazırlanması;
  • Müasir tədris metodologiyalarından istifadə edərək peşə ixtisasları üzrə tədris resurslarının hazırlanmasının təşkili;
  • Tədris planlarının təhlil edilməsi və ya hazırlanmasına dair təkliflərin verilməsi;
  • Peşə istiqamətləri (ixtisas qrupları, ixtisaslar) üzrə və tətbiqi xarakterli mühüm elmi problemlər, o cümlədən təlim proqramları üzrə tədqiqatların aparılması;
  • Monitorinq və qiymətləndirmə prosesinə dəstəyin verilməsi.

Namizədə dair tələblər:

  • Pedaqoji istiqamətlər üzrə ali təhsil;
  • Təhsil proqramları (kurikulumlar) və tədris resurslarının hazırlanması sahəsində ən azı 5 illik iş təcrübəsi;
  • Peşə təhsili ilə bağlı qanunvericilik haqqında biliklər;
  • Güclü analitik və problem həlletmə bacarıqları;
  • Yüksək təşkilatçılıq qabiliyyəti, liderlik və komanda quruculuğu ilə bağlı bacarıqlar;
  • İntizamlı və detallara diqqət yetirən iş üslubu;
  • Peşə təhsili sahəsinə aid məzmun sənədlərinin hazırlanmasına dair yüksək səviyyədə biliklər.

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən [email protected] e-mail ünvanına CV-lərini “Baş mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.

Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Son müraciət tarixi: 2 aprel 2025-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.